ABŞ-da Corc Sorosu partlatmaq istədilər

ABŞ-da Corc Sorosu partlatmaq istədilər

Amerikalı milyarder, iş adamı Corc Sorosun Nyu-Yorkun Westchester səmtindəki evinin poçt qutusundan içərisində partlayıcı maddə olan paket tapılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, rəngli inqilabların sponsoru kimi tanınan Soros demokratlara verdiyi dəstəyə görə sağ radikal qrupların hədəfinə çevrilib.

Soros evdə olmadığı zaman aşkarlanan partlayıcı maddə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. Hadisə ilə bağlı Federal Təhqiqatlar Bürosu araşdırmalara başlayıb. Corc Sorosa qarşı mümkün sui-qəsd ehtimalının kimlər tərəfindən planlaşdırıldığı hələlik məlum deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
642 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...