Rusiya şirkəti Ermənistandakı qızıl mədənini satır

Rusiya şirkəti Ermənistandakı qızıl mədənini satır

Rusiyaya məxsus şirkət Ermənistanın Qafan rayonundakı qızıl mədənini satır.

Bunu “Kommersant” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Rusiyanın Qafandakı dağ-mədən şirkəti olan “Polymetal” müəssisəsi qızıl hasilatı yatağını satmaq üçün “En+” şirkətinin keçmiş sahibi Artyom Volıntsovun başçılıq etdiyi “Chaarat Gold” şirkəti ilə danışıqlar aparır.

“Cari il oktyabrın 26-da tərəflər “Bloomberg”in sorğusuna cavab olaraq, danışıqların aparıldığını təsdiqləyiblər. Hələ bu ilin avqustunda “Chaarat” MDB məkanında polimetal mədənini 75 milyon dollara almağı planlaşdırdığını açıqlamışdı. İndi bu məlumat təsdiqlənib. Həmin mədən Qafanda yerləşirmiş”, - deyə qəzet vurğulayıb.

“Polymetal” bu yatağı 2016-cı ildə alıb. Bu yataqda 861 milyon dollar dəyərində, yaxud 0,7 mln unsiya ekvivalentində, yaxud 21,7 t (bir unsiya 33 qram) qızıl var. Ehtiyatın isə 1,9 mln unsiya olduğu ehtimal edilir. 2017-ci ildə Qafanda 50 min unsiya, 1,5 t, yaxud 61,5 miln dollarlıq qızıl istehsal edilib.

Qeyd edək ki, Rusiyanın dağ-mədən “Polymetal” şirkəti 1998-ci ildə yaradılıb. Gümüş, qızıl və mis hasilatı ilə məşğul olur. Mərkəzi ofisi Sankt-Peterburqda yerləşir. Şirkət “Polymetal International plc” adı ilə Böyük Britaniyanın Cersi adasında qeydiyyatdan keçib. (“Report”)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
665 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...