"ABŞ İrana qarşı yanlış addım atdı" - Ərdoğan

"ABŞ İrana qarşı yanlış addım atdı" -

"ABŞ-ın İrana qarşı növbəti dəfə sanksiya tətbiq etməsi yanlış addımdır".

Unikal.org xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Prezident deyib: "Mən bu qərarın doğru olduğunu düşünmürəm. ABŞ-ın belə sanksiya paketini qətiliklə pisləyirik və buna getməyəcəyik. Hesab edirəm ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar beynəlxalq hüquqa ziddir. Biz İrandan 10 milyard kubmetr qaz alırıq. Bundan sonrada alacağıq".

Xatırladaq ki, ABŞ-ın İrana qarşı ikinci sanksiya paketi dünəndən qüvvəyə minib. 5 noyabr tarixdən etibarən İran Milli Neft Şirkəti, İran Neft Ticarət Şirkəti və Milli Tanker Şirkətinə beynəlxalq məhdudiyyətlər tətbiq ediləcək, iqtisadiyyatı neftə əsaslanan İrandan neft və məhsullarının satışına sanksiyalar tətbiq olunub. Bununla belə, ABŞ İranın 700-dən çox hüquqi və fiziki şəxsinə, dəniz və hava gəmisinə sanksiya tətbiq edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
672 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...