Berlin klinikası Navalnini zəhərləndiyini təsdiqlədi

Berlin klinikası Navalnini zəhərləndiyini təsdiqlədi

“Rusiyalı siyasətçi Aleksey Navalninin həyati təhlükəsi yoxdur. Bununla belə, aparılan analiz testlərinin nəticəsində onun orqanizmində zəhərləndiyinə dair izlər aşkarlanıb”.

“Euronews” xəbər verir ki, bu barədə Berlində yerləşən “Charite” klinikasından bildirilib.

Qeyd edilib ki, klinik araşdırmaların nəticələri Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərir.

Həmçinin məlumatda bildirilib ki, Aleksey Navalnı süni komadadır, onun vəziyyətinin ağır olsa da həyatı üçün kəskin təhlükə yoxdur. Həkimlər zəhərlənmənin ağırlıq dərəcəsinin hələ müəyyən edilmədiyini və onun siyasətçinin orqanizmində hansı izləri buraxacağını dəqiqləşdirə bilməyiblər.

Qeyd edək ki, rusiyalı müxalifətçi, “Gələcəyin Rusiyası” partiyasının lideri Aleksey Navalni təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, Omskda xəstəxanada qaldıqdan bir neçə gün sonra Berlinin “Charite” klinikasına aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...