238 gün aclıq keçirən türkiyəli vəkil vəfat etdi

238 gün aclıq keçirən türkiyəli vəkil vəfat etdi

Türkiyədə 238 gün aclıq aksiyası keçirən məhbus vəkil Ebru Timtik vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə vəkilin üzvü olduğu "Halkın Hukuk Bürosu" təşkilatının tvitter hesabında məlumat verilib.

20 mart 2019-cu il tarixində "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 13 il altı ay həbs cəzasına məhkum edilən Timtik 2020-ci il fevralın 3-dən aclıq aksiyasına başlayıb. O, məhkəmənin qərarına etiraz edərək iddiaları rədd edib. 5 aprel tarixindən etibarən isə o aksiyanı ölüm orucu adıyla davam etdirib.

Qeyd edilib ki, ölümündən öncə onun çəkisi 33 kiloqrama düşüb.

Onunla vida mərasimi İstanbul Vəkillər Kollegiyasının binası qarşısında keçiriləcək.


238 gün aclıq keçirən türkiyəli vəkil vəfat etdi
238 gün aclıq keçirən türkiyəli vəkil vəfat etdi
238 gün aclıq keçirən türkiyəli vəkil vəfat etdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
810 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...