Ukraynada deputatlar koronavirusa yoluxdu

Ukraynada deputatlar koronavirusa yoluxdu


Ukrayna Ali Radasının 23 deputatı koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə Ali Radanın spikeri Dmitri Razumkov “Rada” telekanalında bildirib.

“Bu gün Ali Radada xəstəliyi keçirmiş və ya hazırda xəstə olan həmkarlarımızın sayı 23-dür. Onlara can sağlığı, tez zamanda xəstəliyin öhdəsindən gəlməyi və işlərinə dönməyi arzulayıram”- deyə Razumkov qeyd edib.

O əlavə edib ki, Ali Rada aparatının 7 işçisində də koronavirusa yoluxma faktı aşkarlanıb.

Xatırladaq ki, daha əvvəl “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenkonun koronavirusa yoluxduğu və kritik vəziyyətdə olduğuna dair məlumat yayılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
690 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...