Makronun Şərqi Aralıq dənizində qurduğu qumar oyunu...
Napoleon ədası ilə cəhd edilən təşəbbüsün sonunda məğlub bir Sarkozi görkəminə çevrilmə də var...
Sinan Baykent
“The Independent” qəzeti, 31 avqust 2020-ci il
Məlum olduğu kimi, Fransa Yunanıstanla “həmrəylik” yaratmaq üçün avqustun ortalarında Şərqi Aralıq dənizinə freqatlar və döyüş təyyarələri göndərib.
Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda verdiyi bir açıqlamada: “Türkiyə sözlə deyil, hərəkətlə başa düşür”, kimi bir söz də işlədib. Avropanın türk gündəminə qarşı dik durmalı olduğunu söyləyən Makron Almaniyaya da eyham vuraraq: “Fransa başqalarının danışmaqdan çəkindiyi sözləri də dilə gətirir”, deyib.
Etiraf etməliyik ki, xəbərləri xronoloji ardıcıllıqla sıraladıqda və qiymətləndirdikdə vəziyyət gülünc görünür. Çünki Fransa Avropada Türkiyə üzərindən qurduğu oyunu öz gücünü də aşaraq həyata keçirməyə çalışır.
Hər kəsin xatırladığı kimi, Makron keçən il “NATO-nun beyin ölümü baş verib”, deyərək bir təhlil irəli sürmüşdü. Əvvəllər heç kim yanaşmanın niyə və necə olduğunu anlamırdı. Bununla birlikdə, Makronun 2019-cu ilin noyabrında dediyi sözün əvvəlki mərhələsi 2018-ci ilin noyabrında meydana çıxmışdı. Həmin səviyyə isə “Avropa Ordusu” məsələsini gündəmə gətirmək idi.
Makron 2018-ci ilin noyabrında deyirdi:
“Əgər həqiqi bir Avropa ordusuna sahib ola bilməsək, avropalıları qoruya bilmərik. Budur, Rusiyanın sərhədlərimizin yanında necə bir təhlükə yarada biləcəyini açıq şəkildə göstərən bir nümunə də var. Ətrafımızda yenidən yüksələn və silahlanan avtoritar güclərə - Rusiya, Çin və hətta Amerika Birləşmiş Ştatlarına (ABŞ) qarşı özünü daha çox müdafiə edə biləcək bir Avropaya ehtiyacımız var”.
Makron vahid bir Avropa Ordusunun qurulmasını istəyir. Ancaq bunu istəmək kifayət deyil. Bunun üçün ilk növbədə NATO kənarlaşdırmalı və Avropa ABŞ-ın təsirindən qurtulmalıdır. ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəldiyi gündən bəri dünya siyasətində “təcridetmə” siyasətinin yaratdığı boşluqdan istifadə edən Fransa prezidenti ölkəsi üçün yeni bir ümid yaranacağını hiss edib.
Hazırda ABŞ hərbi qüvvələri daha çox Asiyaya doğru irəliləyərkən Makron da Fransanın qurulmasında lider rolunu qazanmaq üçün Avropa Ordusunun təməllərini sürətlə atmağı hədəfləyir. Almaniya isə “Avropa Ordusu” fikri ilə çoxdan razılaşıb. Çünki almanlar bu zaman 1945-ci ildən sonra onlara tətbiq olunan ağır hərbi məhdudiyyətlərin qüvvədən düşəcəyinə inanırlar.
Layihənin sözçüsü və ilk rəhbərliyini fransızlara buraxmaq da ağıllı bir taktikadır. Çünki bu halda heç kim “dördüncü Reyxin addımları eşidilir?”, tipində yarı-ciddi suallar verməyəcək. Digər tərəfdən, bir neçə tarix kitabı oxumuş ən adi insan belə, Almaniyanın çox qısa müddətdə xüsusən iqtisadi-texnoloji infrastruktur potensialı və özündə saxladığı demoqrafik ağırlıqla birlikdə ordunun liderliyini elə ala bilər.
Fransa artıq şablona çevrilmiş əsassız və ənənəvi siyasi cahilliyi ilə yenidən, bilərəkdən və ya bilməyərəkdən Almaniyanı önə çəkir. Guya öz milli mənafeləri üçün işləyən, ancaq Berlinin hesabına işləyən Makron “Fransanın kapitanlıq etdiyi Birləşmiş Avropa Ordusu” xəyalını reallaşdırmaq üçün ən köhnə üsula əl atır: yaşlı qitənin tarixi Türkiyə düşmənçiliyi.
Bu üsul, həqiqətən də, Avropanı daxildən birləşdirmək üçün tarixin dərinliklərindən süzülərək gələn kollektiv şüura müraciət etməyin ən asan yoludur. Türkiyəyə qarşı Avropanın zehin xəritəsini formatlayan qorxu, nifrət və intiqam hissinin birləşdirib yenidən canlanmasından daha təsirli nə ola bilər ki?
Məhz bu səbəbdən Makron 2008-ci il böhranından sonra zəifləmiş Yunanıstanı ustalıqla manipulyasiya edir. Milli komplekslərinə məğlub olan yunanlar da bu manipulyasiyalara qoşulub gedirlər və onlara təqdim olunan rüşvətdən kor olurlar.
“Rafale” təyyarələri və frikat qarşılığında Türkiyəyə meydan oxuyan Yunanıstan, sabah qızğın bir qarşıdurma baş verərsə, yenə ağaları tərəfindən istifadə edilib kənara atılacaqlar.
Yunanları təhrik etmək və türklərin səbrini daşırmaq Makronun Avropa Ordusu üçün atdığı yemlərdir. Əgər ciddi bir toqquşma baş versə, Makron həm NATO-nun sistemli ölümünü elan edə biləcək (“eyni quruluş içərisində iki müttəfiq toqquşdu, bu səbəblə, NATO artıq bitdi” iddiası ilə), həm də Türkiyənin özünümüdafiə gücünü istismar edəcək.
İşin doğrusu isə budur ki, nə Fransa, nə də Yunanıstan yaxın tarixdən layiqli bir dərs çıxara bilməyib. Nə Fransa Almaniya ilə, nə də Yunanıstan Türkiyə ilə yaşadığı şeylərdən nəticə çıxarmayıb.
Üstəlik, Fransa 1940-cı ildən, yəni paytaxtını 1-1,5 ayda almanlara təhvil verdiyindən bəri heç bir müharibədə qalib gəlməyib. Fransa 1940-dan bu yana 20-ci əsr ərzində ya ərazisini, ya da təsirini itirdi. İndi isə Makron bu tendensiyanı tərsinə çevirməyə çalışsa da, xeyri yoxdur. Həmçinin, müasir dövrün başlanğıcından bu günə qədər Fransız Donanması tərəfindən qazanılan olunan bir uğur hekayəsi də yoxdur.
Fransız Hərbi Dəniz Qüvvələrinin ən məşhur uğuru 1940-cı ildə materikin böyük hissəsi işğal edildiyi zaman İngilis Hava Qüvvələrinin Əlcəzayir-Oran (Vəhran) yaxınlığındakı Mərs-əl Kəbir limanındakı bütün qüvvələrinin məhv edilməsinə icazə verməsi idi (alman nəzarətinin qarşısını almaq üçün).
1940-1944-cü illər arasında İkinci Dünya Müharibəsi dövründə meydana gələn fransız Viçi rejiminin təbliğat plakatı. Mərs-əl Kəbir məğlubiyyəti ilə bağlı “Oranı Unutmayın!” yazılıb.
Qarşıdakı günlərdə vəziyyətə uyğun olaraq Fransa Şərqi Aralıq dənizinə əlavə gəmi və təyyarə göndərə bilər. Əslində, Yunanıstanın səfil mətbuatında artıq “Fransaya dəniz bazası verilə bilərmi?”, deyə suallar verilməyə başlanıb. Əgər Ffansa belə bir “kütləvi” yerləşdirməyə cəsarət etsə və həm dənizdə, həm də havada yunan təcavüzünü qanuniləşdirməyə və qorumağa davam edərsə, Yunanıstanla bədəl ödəmək riskini də gözə almış olacaq.
Tarix o qədər xaotikdir ki, Fransa illər əvvəl Aralıq dənizinin cənub zolağında Mərs-əl Kəbir təcrübəsinə bənzər bir hadisəni, bu dəfə də 2020-ci illərdə Aralıq dənizinin şimal zolağında yaşayıb.
Olmaz deyə düşünməyin, bu şərtlər daha da gərginləşsə, Yunanıstan təzyiqlərə dözməyəcəyi bir nöqtəyə gələcək və Almaniya da Fransanın toqquşmalarından və təkəbbüründən bezəcək. Bir sözlə, Türkiyə Cümhuriyyəti dövləti həm tarixi ilə, həm də mövcud çətin coğrafi-strateji şərtlərlə vətən müdafiəsini mükəmməlləşdirməyə yaxın bir mövqedədir.
Fransa isə nəinki hücum edən, çevik hərbi manevrlər həyata keçirən və hətta bütöv bir gələcək dizaynında “oyun qurucu” olan, hətta son 200 ildə öz vətənini və ya “vətən” saydığı torpaqları qoruya bilməyən, şikəst bir imperialistdir.
Aydın görünür ki, Makron hələ sahib ola bilməyəcəyi bir Avropa Ordusu xəyalı quracaq qədər zəif bir siyasətçidir. Üstəlik, yaxın gələcəkdə Makronun bütün şöhrətinin ortada qalacağına inanıram. Çünki Napoleon ədası ilə cəhd edilən bu təşəbbüsün sonunda məğlub bir Sarkozi görkəminə çevrilmək də var.
Orijinal
765 dəfə oxundu