Ramzan Kadırov 21 yaşlı qızını nazir müavini təyin etdi

Ramzan Kadırov 21 yaşlı qızını nazir müavini təyin etdi
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov 21 yaşlı qızı Ayşat Kadırovanı Mədəniyyət nazirinin birinci müavini təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kadırov Teleqram kanalında məlumat verib:

“Ayşatın yeni vəzifəyə təyin olunması qəti verilmiş qərardır. Gənc olmasına baxmayaraq, mədəniyyət sahəsi daxil olmaqla, ən mürəkkəb və irimiqyaslı layihələrin idarəedilməsində zəngin təcrübəyə sahibdir”.

Ramzan Kadırovun sözlərinə görə, müvafiq qərar Çeçenistanın Mədəniyyət naziri Xoj-Baudi Daayevin təşəbbüsü ilə imzalanıb.

Qeyd edək ki, Ayşat Kadırova "Firdaw” moda evinin sahibidir.


Ramzan Kadırov 21 yaşlı qızını nazir müavini təyin etdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...