Ermənistandan daha bir ölkəyə arxadan zərbə
Bir neçə gün əvvəl qondarma Dnestryanı Moldova Respublikasının "paytaxt"ında separatçı rejimin 30 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə qondarma Dağlıq Qarabağ Respublikasının "nümayəndə heyəti"nin də iştirak etməsi Moldova ictimaiyyətində ciddi narahatlıq doğurub.
Bu barədə Moldova nəşri “NewsRu.md”nin müxbiri İon Çebotar yazıb. “Qafqazinfo” sözügedən məqaləni təqdim edir:
“Bir neçə gün əvvəl qondarma Dnestryanı Moldova Respublikasının “paytaxtı” Tiraspolda heç bir ölkə tərəfindən tanınmamış “Dnestryanı Moldova Respublikası”nın 30 illiyi adı altında növbəti təxribat xarakterli təmtəraqlı tədbir keçirilib. Digər şübhəli şəxslərlə yanaşı, bu tədbiri “Milli Məclisin spikeri” Artur Tovmasyanın rəhbərliyi ilə qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndə heyəti ziyarət edib.
Ümidvarıq ki, Moldova ictimaiyyətinə zəif şəkildə “öz müqəddəratını təyinetmə” və digər gözəl sözlərlə bəzənmiş sərhədlərin zorla dəyişdirilməsinin nə olduğunu izah etməyə ehtiyac yoxdur. Hələ Dnestryanını Moldovadan qoparmaq üçün ilk cəhdlərdən əvvəl də Ermənistan Azərbaycanın Qarabağına iddialar irəli sürüb. 1992-93-cü illərdə keçmiş SSRİ ölkələri mövcud sərhədləri daxilində tanındıqda, Ermənistan Azərbaycan ərazisinin 20% -ni işğal edib və nəticədə hər yeddinci Azərbaycan vətəndaşı - bir milyon insan qaçqın düşüb.
Ancaq bu gün başqa bir şeydən - Moldovanın əsas dövlət maraqlarından danışırıq.
Əvvəla, bu cür separatçı qurumlar boşluqda mövcud deyil. Qarabağ separatçılarının nümayəndə heyəti (“işğalçı rejim” ifadəsi kimisə narahat edirsə) Tiraspolu ilk dəfə ziyarət etmir. Və oraya necə gedib çıxmaları isə maraqlı sualdır. Əgər kiminsə yadından çıxıbsa, Dnestryanıya iki yolla getmək mümkündür: ya Ukrayna, ya da Moldova Respublikasının rəsmi sərhədindən. Mövcud məlumatlara görə, erməni separatçılardan ibarət nümayəndə heyəti bu dəfə Ukrayna sərhədindən keçib. 2016-cı ildə isə eyni nümayəndə heyəti Kişinyovdan Tiraspola gəlib və yenidən Ukrayna ərazisindən geri qayıdıb. Daha da maraqlısı isə Tiraspoldan gedən nümayəndə heyətlərinin cavab səfərləridir. Hansı ki, İrəvan üzərindən dəfələrlə qondarma Dağlıq Qarabağ Respublikasına səfər ediblər.
İndi isə bir az “diplomatik bürokratiya”dan danışaq.
Bu cür separatçı birləşmələrin hamısı “öz müqəddəratını təyinetmə” barədə danışmağı və “müstəqil dövlətlər” kimi davranmağı sevir, amma əslində isə yalnız oyuncaq işğalçı rejimlər kimi mövcuddurlar.
Və Ermənistanın rəsmi hakimiyyət orqanlarının qondarma Dağlıq Qarabağ Respublikasının arxasında durması heç kimə sirr deyil. Qeyd etmək kifayətdir ki, ATƏT-in təmsil etdiyi dünya birliyi Qarabağ münaqişəsinin tərəfləri kimi Azərbaycan və Ermənistanı tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə danışıqlar rəsmi İrəvanla Bakı arasında davam edir.
Tovmasyan kimi insanların “müstəqilliyinə” inanmaq heç cür mümkün deyil. Bu o deməkdir ki, “DQR Milli Məclisi” adlandırılan qrupa rəhbərlik edən Artur Tovmasyanın başçılığı altında “DQR” nümayəndə heyətinin Dnestryanıya səfəri, ilk növbədə, beynəlxalq hüququn əsas norma və prinsiplərinin pozulmasıdır.
İkincisi, bu açıqca dostyana olmayan addım, daha doğrusu, Ermənistan tərəfindən Moldovanın arxasından vurulan zərbədir. Hansı ki, ən azından təəccüb doğurur.
Realist olaq: erməni nümayəndə heyətinin Moldovanın qanuni orqanlarının nəzarətində olmayan ərazilərə nümayişkaranə səfəri və Moldova səlahiyyətlilərinə xəbər vermədən xarici sərhəddən Dnestryanı əraziyə girməsi Moldova Respublikasının sərhədlərinə və ərazi bütövlüyünə açıqcasına hörmətsizlikdir. Yerevanda iki ölkə xalqları arasındakı dostluq, Moldova ilə Ermənistan arasındakı əməkdaşlıq və ortaqlıqdan danışmağı sevirlər, eyni zamanda Moldovanın arxasından açıq “ikili oyun” oynayırlar. Və ya bu gün necə deyərlər, ikili standartlar siyasəti yürüdürlər. Əks təqdirdə, işğal altındakı Azərbaycan Qarabağından olan separatçılar Tiraspolda elə-belə ortaya çıxmazdı.
Və bu o deməkdir ki, Moldovanın rəsmi qurumları bu gün İrəvanın bu cür hərəkətlərinə münasibət bildirməlidirlər. Daha doğrusu bu, dünən olmalı idi. Və çox sərt bir ssenari ilə”.
823 dəfə oxundu