OPEC-in yubiley tədbiri təxirə salındı

OPEC-in yubiley tədbiri təxirə salındı

OPEC-in 60 illiyi münasibəti ilə bu ay Bağdadda, yəni təşkilatın təsis edildiyi şəhərdə keçirilməsi nəzərdə tutulan yubiley tədbirləri təxirə salınıb.

“Report” təşkilata istinadən xəbər verir ki, İraqın neft naziri İhsan Əbdul Cabbar İsmayıl OPEC baş katibi Məhəmməd Barkindoya məktubunda bununla bağlı təəssüfünü bildirərək yazıb: "Sağlamlıq və təhlükəsizlik son dərəcə mühümdür”.

OPEC baş katibi isə təşkilatın 1960-cı ildə təsis edildiyi Bağdad şəhəri Bab əl Muədhəm bölgəsindəki Əl Şaab sarayında “almaz ildönümü” tədbirlərinə ev sahibliyi etməklə bağlı “nəcib təşəbbüsü”nə görə İraq tərəfinə təşəkkür edib:

“Heyf ki, biz OPEC-in “almaz ildönümünü” sentyabr ayında tarixi Bağdad Konfransının 1960-cı ilin 10-14 sentyabr günləri keçirildiyi məkanda qeyd etməkdə acizik. Bütün mənalarda tarixi görüş olan həmin tədbirdə təsisçi üzvlərin vahid görüş və zəka ortaya qoyaraq uzaqgörən bir təşkilat yaradıblar və bu təşkilat boy və təsir baxımdan böyüyərək dünya enerji birliyinin adlı-sanlı qurumuna çevrildi”.

Qeyd edək ki, OPEC 1960-cı ildə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistan, Venesueladan ibarət təsisçi üzvlər tərəfindən yaradılıb. Hazırda təşkilata 13 ölkə üzvdür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
956 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...