“COVID-19-a yoluxub sağalmış insan 90 günə qədər virus yayır” - Rusiyanın Baş həkimi

“COVID-19-a yoluxub sağalmış insan 90 günə qədər virus yayır” -


“COVID-19-a yoluxub sağalmış insan 90 günə qədər virus yayır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın baş həkimi, “Rospotrebnadzor” Federal Xidmətinin rəhbəri Anna Popova bildirib.

"Bugünkü müşahidələrimiz onu göstərir ki, koronavirusdan sağalmış şəxs 48 günə qədər virus yayır. Lakin xarici ölkələrdə bu müddət 90 günə qədərdir. Artıq COVID-19 simptomları olmayan, qanı təmiz, bütün göstəriciləri yaxşı olan insan burnundan virus ifraz edir”, - deyə A. Popova Rusiya Elmlər Akademiyasının Rəyasət heyətinin iclasında vurğulayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatında indiyə kimi koronavirusa yoluxanların sayının 28,6 milyon nəfər, bu virusdan ölənlərin sayının isə 917 min nəfərdən çox olduğu bildirilib. Dünya üzrə koronavirusa yoluxma sıralamasında ilk yeri ABŞ, ikinci yeri Hindistan, üçüncü yeri Braziliya tutur. Rusiya isə 1 milyon 73 min 849 ​ yoluxma ilə dördüncü pillənin sahibidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
602 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...