Navalnının xəstəxanadan ilk - Fotosu
Rusiyanın müxalifət lideri Aleksey Navalnı xəstəxanadan ilk fotosunu yayıb.
“Qafqazinfo” xəbər verir ki, siyasətçi öz instaqram hesabında fotosunu paylaşaraq bunları yazıb:
“Salam, bu, Navalnıdır. Darıxıram. Hələ bir şey edə bilmirəm, ancaq dünən bütün gün təkbaşına nəfəs ala bildim. Ancaq özüm. Mən heç bir kənar yardımdan, hətta boğazımdakı ən sadə qapaqdan belə istifadə etmədim. Çox xoşuma gəldi. İnanılmaz və bir çox insan tərəfindən qiymətləndirilməmiş prosesdir. Tövsiyə edirəm”.
Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.
Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu.
603 dəfə oxundu