“Peyvənd hazırlananadək çox adam öləcək” - Bill Qeyts

“Peyvənd hazırlananadək çox adam öləcək” -


Koronavirusun peyvəndin tapılması üçün qoyduğu investisiyalarla tanınan ABŞ milyarderi Bill Qeyts peyvəndlə bağlı açıqlama verib.

Yenisabah.az xəbər verir ki, Bill Qeyts 2021-ci ilin ilk rübündə 3-4 koronavirus peyvəndinin qeydə alınacağını vurğulayıb.

Bill Qeyts peyvənd hazırlananadək çoxlu sayda ölüm hadisəsinin baş verə biləcəyini diqqətə çatdırıb:

"7 milyard insanın peyvənd olunması üçün 14 milyard doz peyvənd istehsal edilməlidir. Belə bir şey bugünədək heç baş verməyib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...