Mərkəzi Bankın valyuta ehtiyatları 5,3 mlrd. dollara çatıb

Mərkəzi Bankın valyuta ehtiyatları 5,3 mlrd. dollara çatıb

“Tədiyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb”.

Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, bunu 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasda AMB İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

“Strateji ehtiyatlar 2017-ci ilin əvvəlinə nəzərən 4,2 milyard dollar artaraq ilin sonuna 42 milyard ABŞ dolları təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatları isə 34% artaraq ilin sonuna 5,3 mlrd. ABŞ dolları təşkil edib”, - deyə E.Rüstəmov vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
951 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...