Milan məhkəməsi adı Azərbaycanla siyasi korrupsiyada ittiham olunan Volonteyə bəraət verib

Milan məhkəməsi adı Azərbaycanla siyasi korrupsiyada ittiham olunan Volonteyə bəraət verib

"Bu gün Milan Məhkəməsində Avropanın 2 ildən çoxdur, yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatdı.

Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət aldı".

Bunu APA-ya açıqlamasında millət vəkili Elxan Süleymanov deyib.

"Ölkəmə, mənə və Luka Volonteyə qarşı Avropanın şər və böhtan kampaniyasının bütün təşkilatçılarına, ermənilərə, Azərbaycandakı ermənilərə və ermənipərəstlərə dəstək verən hər kəsə dərin hüznlə başsağlığı verirəm", - deyə E. Süleymanov qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
940 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...