Məzahir Pənahov: “Demokratiya ümumbəşəri dəyərdir”

Məzahir Pənahov: “Demokratiya ümumbəşəri dəyərdir”

“Seçkilərdə dairə seçki komissiyalarının maarifləndirilməsi daim aparılmalıdır. Seçkiləri çox yaxşı hazırlaya bilərik. Bu işə qiymət isə səsvermə günü verilir. Yəni iş necə təşkil olunubsa, səsvermə günü aydın görünür”.

“Report”un xəbərinə görə, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) Məzahir Pənahov deyib.

“Çalışırıq ki, seçkilər ölkədən kənarda da yüksək qiymətləndirilsin. Kifayət qədər qərəzli tərəflər olur. Bunun üçün mübarizə aparmaq olmaz. Demokratiya heç bir ölkənin daxili məsələsi deyil, ümumbəşəri dəyərdir”, -deyə, M.Pənahov əlavə edib.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...