Dəhşətli yanğında ölənlər arasında azərbaycanlılar var?

Dəhşətli yanğında ölənlər arasında azərbaycanlılar var?

Rusiyanın Kemerovo vilayətində ticarət mərkəzində baş verən yanğında ölən və xəsarət alanlar arasında azərbaycanlılar olmayıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə APA-nın Rusiya bürosuna Kemerovodakı Azərbaycan icmasının sədri Fikrət Qasımov bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan icması adından vilayət rəhbərliyinə və yanğında ölənlərin ailələrinə yaxınlarına baş sağlığı verilib: "İlkin məlumatlara görə, yanğında ölənlər və yaralılar arasında həmyerlilərimiz olmayıb".

Qeyd edək ki, dünən Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın nəticəsində 53 nəfər ölüb, 16 nəfər isə itkin düşüb. Ölənlərin sayının daha çox olması ilə bağlı məlumatlar var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
932 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...