Qarabağda minatəmizləyənlərin maşını partladı, üç nəfər öldü

Qarabağda minatəmizləyənlərin maşını partladı,

Bu gün səhər saatlarında Azərbaycanın işğal altındakı ərazilərində minaların təmizlənməsi fəaliyyəti ilə məşğul olan “HALO Trust” beynəlxalq təşkilatının avtomobili minaya düşərək partlayıb

"İnterfaks” xəbər verir ki, hadisə zamanı təşkilatın üç əməkdaşı ölüb, ikisi yaralanıb. Onların şəxsiyyətləri və hansı ölkənin vətəndaşları olduqları dəqiqləşdirilir.

“HALO Trust” beynəlxalq humanitar minatəmizləmə fəaliyyəti ilə məşğul olan Britaniya təşkilatıdır. Bu təşkilat əvvəlcə Britaniya hökuməti tərəfindən maliyyələşdirilirdi, lakin Azərbaycan tərəfinin diplomatik səyləri və etirazları nəticəsində maliyyələşmə dayandırıldı. Hazırda təşkilat fərdi donorlardan və digər mənbələrdən əldə etdiyi vəsaitlər hesabına Azərbaycanın işğal altındakı ərazilərində mina təmizləmə fəaliyyəti göstərir. Təşkilatın Qarabağdakı əməkdaşları əsasən ermənilərdir. Son vaxtlar təşkilat Dağlıq Qarabağın inzibati hüdudlarından kənara çıxaraq ətraf rayonlarda-Laçın, Zəngilan və Kəlbəcərdə də minatəmizləmə işləri aparır. Bu, həmin ərazilərdə qanunsuz məskunlaşmanı genişləndirmək məqsədi daşıyır.(virtualaz.org)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
925 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...