KİV: Britaniya HHQ Suriyaya zərbə endirməyə hazırdır

KİV: Britaniya HHQ Suriyaya zərbə endirməyə hazırdır

Britaniyanın Kiprdəki Hərbi Hava Qüvvələri Suriyaya zərbə endirmək üçün tam döyüş hazırlığına gətirilib.

"Report"un məlumatına görə, bu barədə "Times" mənbəyə istinadən bildirib.

"Bizim təyyarələrimiz Akrotiridəki (Britaniyanın Kiprdəki hərbi bazası) uçuş-eniş zolağındadır", - deyə qəzet hökumətdəki mənbəyə istinadən yazıb. "Biz hazırıq", - deyə mənbə əlavə edib.

Qəzetin məlumatına görə, Britaniyanın "Type 45 Destroyer" və "HMS Dunca" eskadra minadaşıyıcıları da zərurət olduqda əməliyyata qoşula bilərlər.

Daha əvvəl "Telegraph" qəzeti də mənbəyə istinadən baş nazir Tereza Meyin Britaniyanın sualtı qayıqlarına Suriya sahillərinə doğru istiqamətlənməyi əmr etməsi haqda yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
860 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...