Sarkisyan Paşinyanı dialoqa çağırdı: "Ölkədə baş verənlərdən narahatam"

Sarkisyan Paşinyanı dialoqa çağırdı:

Ermənistanın baş naziri Serj Sarkisyan İrəvanda keçirilən etiraz aksiyalarının təşkilatçısı, deputat Nikol Paşinyanı danışqılar masasına oturmağa çağırıb.

AzVision.az xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb. “Ötən həftə boyunca İrəvanda bir sıra mitinq və yürüşlər təşkil olundu. Bizim ölkəmizin istənilən vətəndaşının dinc mitinq və yürüşlər keçirmək hüququ var. Hakimiyyət daima bu hüquqa hörmət edib və hörmət etməyə davam edəcək.

Baş verən ölkə daxili siyasi proseslərdən narahatam. İtkilərin olmaması üçün Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyanı siyasi dialoqa getməyə və danışıqlar masasına oturmağa çağırıram. Bunu dərhal etmək lazımdır. Əminəm ki, belə bir dialoqun, vəziyyətin yaranmasına ölkənin bütün gücləri yardım edəcək”, - deyə Sarkisyan vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
834 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...