Qalmaqal: Bakı Metropoliteninin təmsilçisi azərbaycanlıları təhqir etdi - FOTO

Qalmaqal: Bakı Metropoliteninin təmsilçisi azərbaycanlıları təhqir etdi -

Bakı Metropoliteninin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaradıb.

Virtualaz.org xəbər verir ki, hər şey “Facebook” sosial şəbəkəsinin istifadəçisi Zakir Əlizadənin metroda insan kütləsinin fotoşəklini yerləşdirməsi və bu halın baş verməsində metronun rəhbərliyini ittiham etməsi ilə başlayıb. Z.Əlizadənin sözlərinə görə, baş verənlərin səbəbi “qaynar saat”larda bilərəkdən qatarların hərəkət intervalının artırılması və sınaq qatarlarının reysə buraxılmasıdır. Bu zaman müəllif səhvə yol verərək, “çastpik” (əslində “ças pik» – “час пик”) ifadəsini işlədib.

Buna cavab olaraq, Bakı Metropoliteninin təmsilçisi Lalə Babayeva yazıb ki, “çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı” (qeyd edək ki, Lalə xanım da qrammatik səhvə yol verib və “yaranmazdır” yazıb).

Qalmaqal: Bakı Metropoliteninin təmsilçisi azərbaycanlıları təhqir etdi -

Qalmaqal: Bakı Metropoliteninin təmsilçisi azərbaycanlıları təhqir etdi -

L.Babayevanın şərhi bloger Bəxtiyar Hacıyevin diqqətindən yayınmayıb və o, #hamimizkendchiyik heşteqi altında kampaniyaya başlayıb.

“Bakı Metropoliteninin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisinin, 'Chto, Gde, Kogda' oynayan, rusdilli ziyalının vətəndaşa cavabı.

Şəxsən tanımıram, bu xanıma deyin ki, hamı sizin kimi rahat, lüks həyat yaşamır, PortBakuya vizasız getmir, kəndlərdən paytaxt tıxacına, metro basabasına kefindən gəlməyib.

Vaxtında regionlar inkişaf etsəydi, məsul vəzifələrə kimlərinsə oğlu, qızı, kürəkəni, sevgilisi, ikinci sevgilisi gətirilməsəydi, insanlar da öz kəndlərində, rayonlarında ailələrinin yanında, təmiz havada yaşayardılar... Həqiqi intellektualdırsa, bu yazdığına görə bütün rayon, kənd adamlarından üzr istəməlidir”, - bloger qeyd edib.

Sayılı saatlar ərzində Bəxtiyar Hacıyevin kampaniyasına minlərlə insan qoşulub. Bundan sonra qalmaqal böyüyüb və Lalə Babayeva yazdığı şərhi silmək məcburiyyətində qalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
945 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...