"Məhkəmə qərar verəcək, mənim onları bağışlamaq fikrim yoxdur" - Aydın Əliyev iddiasından DANIŞDI

"Məhkəmə qərar verəcək, mənim onları bağışlamaq fikrim yoxdur" -
Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyev azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərlini və saytın baş direktoru Əfsələddin Ağalarovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

Məsələ ilə bağlı Unikal.org saytına açıqlama verən keçmiş komitə sədri Aydın Əliyev azxəbər.com saytını məhkəməyə verdiyini deyib:

"Onlar mən komitə sədri olarkən yazıblar.Söhbət vəzifədən yox şəxsiyyətdən gedir.Əgər bu düzdürsə onlar bir neçə müddət öncə niyə öz saytlarında üzrxahlıq etmişdilər.Mənim onları tutdurmaq fikrim yoxdur.Amma onlar məhkəmədəki çıxışlarında düzgün fikirlər səsləndirmirlər.Ona görə də mən axıra qədər gedəcəm.Məhkəmə qərar verəcək, mənim onları bağışlamaq fikrim yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...