"BTQ ilə hərbi yüklər daşınacaq, Türkiyə artıq buna razılıq verib"

"BTQ ilə hərbi yüklər daşınacaq, Türkiyə artıq buna razılıq verib"

“ABŞ Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən hərbi yüklərin daşınması üçün istifadə etməkdə maraqlıdır”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu ABŞ-ın Ceymstaun Fondunun direktoru Qlen Hovard Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunda çıxışında deyib.

O bildirib ki, BTQ-nin bu məqsədlə istifadə olunması təklifləri müzakirə olunur və Türkiyə buna ilkin razılıq ifadə edib.

Q.Horvard Azərbaycanın ABŞ üçün əhəmiyyətinə də toxunub: “Rusiya və ABŞ Baş Qərargah rəislərinin Bakıdakı görüşləri göstərir ki, Azərbaycan bu iki ölkə arasında neytral görüş yerinə çevrilib”.

Bölgədə həyata keçirilən iqtisadi layihələrin əhəmiyyətindən danışan Q.Hovard TANAP layihəsinin regiona olduqca böyük təsirinin olacağını qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1237 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...