"Oğlum "bayrağa bükülüb gələcəyəm" deyirdi" - Şəhid atasından ürəkdağlayan sözlər

"Oğlum "bayrağa bükülüb gələcəyəm" deyirdi" -

"Oğlum "mən qəhrəman kimi qayıdacam, ya da bayrağa bükülüb gələcəyəm" deyirdi". GUNDEMİNFO.AZ report-a istinadən xəbər verir ki, bu sözləri şəhid Adil Tatarovun atası Əli Tatarov deyib.

Şəhid atası bildirib ki, Adil Tatarov 3 ay əvvəl məzuniyyətə gəldiyi zaman bu sözləri söyləyibmiş: "Oğlum vətənin keşiyində durmasından fəxr duyduğunu və düşmənin torpaqlarımızın hər qarışından çıxarılması üçün hər zaman döyüşə hazır olduğunu deyirdi. Adil məzuniyyətə gələndə deyirdi ki, "mən qəhrəman kimi qayıdacam, ya da bayrağımıza bükülüb gələcəyəm".

Ə.Tatarov oğlunun vətən uğrunda şəhid olmasından qürur duyduğunu bildirib: "Hər kəs vətənini qorumalı, Vətən uğrunda savaşmalı və mənim övladım kimi şəhid olmaqdan qorxmamalıdır".

Qeyd edək ki, ailənin tək oğul övladı olan Adil Tatarovun hərbi xidməti başa vurmağına 4 ayı qalmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
952 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...