Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Həbs edilən şəxsin öldürülən Fariz Vahabovla yaxın əlaqələrinin olduğu bildirilir
Sabiq MTN əməkdaşı, 1973-cü il təvəllüdlü Fariz Mirzahid oğlu Vahabovun qətlini sifariş etmiş şəxs yaxalanıb. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, tutulanın Fariz Vahabovla yaxın əlaqələri olub və həmin əlaqələrə söykənən mübahisəyə görə onun qətli sifariş olunub. Hazırda qətli icra etmiş şəxsin axtarışları davam etdirilir.
Teleqraf.com saytı F.Vahabovun seksual manyak olması ilə bağlı xəbər yayıb. Sayt yazır ki, Fariz Vahabov Xətai rayonunda yaşadığı ünvanda qadınları onunla cinsi əlaqədə olmağa məcbur edib. Seks səhnələrini videoya çəkərək sonradan onları şantaj edib. Hətta o, öz həyat yoldaşını da həmin intim əlaqələrdə iştiraka məcbur edib. Nə qədər absurd və ağlasığmaz səslənsə də, öz həyat yoldaşını yad kişilərlə görüşdürüb. Həmin seksual zəminli görüşləri də gizli lentə alaraq şantaj məqsədilə istifadə edib. F.Vahabovun hədə və şantajları nəticəsində boşanan və evlənən insanların olduğu bildirilir. Bununla da Fariz Vahabov yaşadığı ərazidə seksual manyak kimi tanınıb. Hazırda sözügedən qətl hadisəsinin baş verdiyi ərazidə F.Vahabovla bu və ya digər şəkildə əlaqələri olan şəxslərin ifadəsi alınır. Məlumata görə, qətldən sonra onun evində aparılan axtarış zamanı xeyli sayda videokasetlər aşkarlanıb. Fariz Vahabovun şantajlarının qurbanları həmin videolar vasitəsilə aşkarlanır və istintaqa cəlb olunur. Həmin şəxslərin ifadələrində Fariz Vahabovun seksual manyak olması bir daha təsdiqlənir.
Fariz Vahabov ile ilgili görsel sonucu
Xatırladaq ki, dekabrın 20-də Xətai rayonunun Sadıqcan küçəsində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Fariz Vahabov özünə məxsus “Hyundai” markalı avtomobilində naməlum şəraitdə güllələnib. Fariz Vahabov hadisə yerində ölüb.
Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görülür. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. F.Vahabovun keçmiş iş yeri nəzərə alınaraq iş materialları sonradan araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna ötürülüb.
Qatil F.Vahabovun sinəsinə və alnına atəş açaraq onu öldürüb. İlkin məlumatlarda killerin F.Vahabova odlu silahdan atəş açandan sonra bir neçə bıçaq xəsarəti də yetirməsi bildirilirdi. Lakin bu məqam mərhumun meyitinin tibbi müayinəsi zamanı əksini tapmayıb. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai Rayon Şöbəsində aparılan müayinə zamanı mərhumun bədəni üzərində odlu silahdan açılan atəş nəticəsində meydana gələn 2 güllə yarasından savayı xəsarət müəyyən olunmayıb. Bu isə onu deməyə əsas verir ki, 2 ardıcıl atəşdən sonra qatil hadisə yerini tələsik tərk edib.
Fariz Vahabovun qətlindən sonra üzə çıxmışdı ki, 2017-ci ildə Xətai Rayon Məhkəməsində Aygün Kazım qızı Məmmədova adlı qadınla əmlak bölgüsü ilə bağlı məhkəmə çəkişməsi olub və F.Vahabov məhkəmə prosesini uduzub. Ehtimal olunurdu ki, qətl də elə əmlak davasına görə törədilib.
Son məlumatlar isə bu ehtimalları aradan qaldırır.
1015 dəfə oxundu