Oqtay Məmmədov: Penitensiar xidmət ötən il 579 cinayətin üstünü açıb
Penitensiar müəssisələrə keçirilməsi qadağan olunan əşyalar aşkar edilərək götürülüb.
Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.
O.Məmmədov bildirib ki, 2018-ci il ərzində həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində həbs edilmiş şəxslərdən və məhkumlardan 1770 manat, 96 mobil telefon, 139,327 qram narkotik və psixotrop maddələr aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub:
"Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 579 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib. Penitensiar xidmətin əməliyyat aparatının məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilmiş 7 ədəd odlu silah götürülərək aidiyyəti orqanlara təhvil verilib".
1083 dəfə oxundu