Həbib Axundova qarşı dələduzluq edən şəxs 9 il iş aldı

Həbib Axundova qarşı dələduzluq edən şəxs 9 il iş aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Elnur Rauf oğlu İbrahimova qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi bitib. 1nyus.az-ın verdiyi xəbərə görə, hakim Rahibə Salmanovanın rəhbərliyi ilə aparılan son iclasda müqəssir 9 il müddətinə azadlıqdan məhrum olunub.

Həmçinin məhkəmədə digər zərərçəkmişin – Fərman Məmmədovun Həbib Axundova qarşı yalan ifadə verməsi də aydınlaşdırılıb. Məhkəmə zamanı müqəssir bildirib ki, həbsdə olan zaman Fərman Məmmədovun adamları onu Həbib Axundova qarşı yalan ifadə verməyə məcbur ediblər:

“Xüsusilə Fərman bildirib ki, mən Həbib Axundova qarşı ifadə verməliyəm”. Həmçinin Elnur İbrahimov məhkəmədə Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axdundova və oğlu Həbib Axundovdan üzr istəyib: “Təəssüf edirəm ki, bu müddədə mətbuatda onlar barəsində müxtəlif məlumatlar yayılıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
715 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...