İcazəsiz ov edən ərəb 2000 manat cərimələndi

İcazəsiz ov edən ərəb 2000 manat

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Hacıqabul rayonunun Pirsaat kəndi yaxınlığında icazəsiz ova cəhd edən əcnəbi vətəndaş saxlayıb.

Bu barədə Unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı təqsirkar şəxsin Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Al Oud Mubarak Al Kaam Saeed Alameri olduğu məlum olub.

Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
703 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...