“Yavaş yavaş ölməsini istədim” – 1 yaşlı qızına işgəncə verən ananın dedikləri hər kəsi şoka saldı

“Yavaş yavaş ölməsini istədim” –

İstanbulun Avcılar bölgəsində dəhşətli hadisə baş verib.

Musavat.com xəbər verir ki, gənc bir ana 1 yaş yarımlıq qızına verdiyi işgəncəyə görə həbs edilib.

O, uşağın bədəninin müxtəlif hissələrinə xlor töküb daha sonra üz qırxan ülgüclə bir neçə yerini kəsib.

Həbs edilən 29 yaşlı ananın etdiklərinin şokundan ayılmayan polislər onun ifadəsini alarkən yenidən heyrət içərisində qalıblar.

Belə ki, gənc ana ifadəsində bunu 1 yaş 5 aylıq qızına isinişə bilmədiyi üçün etdiyini deyib. O daha sonra yeni bir səbəb kimi uşağın tez-tez xəstələnməsindən əsəbləşərək bunları etdiyini deyib. Uşaq 1 aylıq olan zaman qulağından qan gəlirmiş. Gənc ailə uşağı bir çox xəstəxanalara aparıb.

“Yavaş yavaş ölməsini istədim” –


Daha sonra ifadəsində peşman olduğunu bildirən gənc ana vicdan əzabı çəkdiyini qeyd edib: “Bir aylığından qızım xəstələnməyə başladı. Mən də yorulurdum və bunun üçün hirslənirdim. Şpris ilə onun burnuna boğazına xlor tökürdüm. Ülgüc ilə başının müxtəlif yerlərini bədənini az-az kəsirdim. Beləcə, yavaş-yavaş ölməsini planlaşdırmışdım.”

“Yavaş yavaş ölməsini istədim” –


Qeyd edək ki, 12 ildir evli olan qadının bundan başqa da 2 övladı var. Hazırda həbs olunan 29 yaşlı qadına uşağını bir müddət görməməsi haqqında da qərar qəbul edilib. 1 yaş yarımlıq uşaq atasının nəzarəti ilə müalicə üçün xəstəxanaya yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...