Bakıda gözəllik salonundan süni saç oğurlandı - 7 minlik

Bakıda gözəllik salonundan süni saç oğurlandı -

Bakı şəhəri, Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən yanvarın 26-na keçən gecə 8000 manat pul və 7000 manat dəyərində süni saçların oğurlanması barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olub.

DİN-dən verilən məlumata görə, məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
724 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...