Bakıda məhkəmədə hakim və prokuror döyüldü

Bakıda məhkəmədə hakim və prokuror döyüldü

Sabunçu Rayon Məhkəməsində insident baş verib. Gundeminfo.az "Report"a istinadən xəbər verir ki, T.Səfərova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib.

Belə ki, oğurluqda təqsirləndirilən O.Səfərovun anası T.Səfərova dövlət ittihamçısının çıxışından sonra məhkəmə zalına daxil olub. O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib. Qadın hakim S.Ağayevə qarşı fiziki təzyiq edəndən sonra dövlət ittihamçısının yaxasından tutub. Bu zaman məhkəmə iclasında olan nəzarətçilər T.Səfərovanı zaldan çıxarılıb.

Məlumata görə, hazırda Sabunçu Rayon Məhkəməsinə hüquq-mühafizə orqanları əməkdaşları çağırılıb. T.Səfərovanın psixi problemlərinin olduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
818 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...