Dostunu qətlə yetirən şəxsin məhkəməsində zərərçəkən: Ən ağır cəza verilsin

Dostunu qətlə yetirən şəxsin məhkəməsində zərərçəkən:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən, zərərçəkmiş şəxsin hüquqi varisi, qətlə yetirilən Fikrət Salmanovun əmisi Elbrus Salmanov bildirib ki, mərhumun atası və anası bir neçə il əvvəl vəfat edib, təqsirləndirilən şəxsdən şikayətçidir: "Məndən daha çox mərhumun xanımının fikiri önəmlidir. O deyir ki, ən ağır cəza verilsin. Mən də onu tələb edirəm".

Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.

İttiham aktına əsasən, B.Əhmədov dostu Fikrət Salmanovu bıçaqla qətlə yetirib. Hadisəyə iki dost arasında başlanan mübahisə səbəb olub. Nəticədə B.Əhmədov dostunu öldürüb.

B.Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
675 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...