Bakı şəhər Baş Polis İdarəsi feministlərə xəbərdarlıq edib
Bakı şəhər Baş Polis İdarəsi feministlərə xəbərdarlıq edib.
Bakı şəhər Baş Polis İdarəsindən ONA-ya bildirilib ki, sosial şəbəkələrdə azsaylı üzvləri olan, özlərini “Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran “8 Marş - Zorakılığa Qarşı Get” iventi yaradıb, paytaxt ərazisində “8 Marş” yürüşü keçirmək barədə çağırış edirlər.
Qeyd olunub ki, Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə görə, kütləvi aksiyaların keçirilməsi üçün təşkilatçılar müvafiq icazə alınması ilə bağlı məsələlərin razılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müraciət etməlidir. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquq pozuntusu olmaqla, müvafiq məsuliyyət yaradır. Paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaqdır.
Qeyd edək ki, "Facebook" və "İnstagram" sosial şəbəkələrində martın 8-də Bakıda “8 MARŞ - Zorakılığa qarşı GET” devizi altında aksiyaya çağırışlar yayılıb. Özlərini feminist kimi təqdim edən Gülnarə Mehdiyeva və Nisə Hacıyeva ivent yaradaraq, qadınları həmin aksiyaya çağırıb.
685 dəfə oxundu