Rusiyada FTX əməkdaşına rüşvət verən azərbaycanlı tutuldu

Rusiyada FTX əməkdaşına rüşvət verən azərbaycanlı tutuldu

Rusiyanın Perm diyarının Beryozniki rayonunda 29 yaşlı Azərbaycan vətəndaşı rüşvət verdiyinə görə bir il yarım azadlıqdan məhrum edilib, 150 min rubl məbləğində (dörd min manat - red.) cərimələnib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Perm prokurorluğu məlumat yayıb. Azərbaycanlı müttəhimin 2018-ci ilin noyabr ayında saxlanıldığı bildirilir. Yoxlanış zamanı üzərində Rusiya ərazisində yaşamağa icazə verən heç bir sənəd olmayıb. Ondan polis şöbəsinə keçməsini xahiş ediblər.

Yolda azərbaycanlı Federal Təhlükəsizlik Xidməti İdarəsinin əməkdaşına sərbəst buraxılması müqabilində 30 min rubl (təxminən 800 manat - red.) məbləğində rüşvət verib. Qanunsuz hərəkətin qarşısı dərhal alınıb və o saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
678 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...