Yarım milyona yaxın “pul atan” iş adamına hökm oxundu

Yarım milyona yaxın “pul atan” iş adamına hökm oxundu

Bir neçə nəfərdən yarım milyona yaxın pul alaraq qaytarmayan Zaur Əzimov cəzalandırılıb. Gundeminfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Əzimov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, iş adamı Z.Əzimov tanışları Elşən Məmmədovdan 217 min, Asiman Ağayevdən 60 min, İlkin Naibovdan 45 min, Rövşən Tanrıverdiyevdən isə 46 min manat alaraq biznes fəaliyyəti ilə məşğul olacağını, əldə edəcəyi qazancdan hər ay onlara da gəlir verəcəyini deyib. Lakin aldığı pulları geri qaytarmayıb.

O, "MTN işi"ndə təqsirləndirilən general Sübahir Qurbanovun zərərçəkmişi kimi tanınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...