Azərbaycanda kişi onu məhkəməyə verən arvadına 18 bıçaq zərbəsi vurdu

Azərbaycanda kişi onu məhkəməyə verən arvadına 18 bıçaq zərbəsi vurdu

Azərbaycanda kişi məhkəməyə müraciət etdiyi üçün 36 yaşlı həyat yoldaşını işdən qayıdanvaxt küçədə bıçaqlayıb.

Sonxeber.az xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən 38 yaşlı Ülviyyə adlı qadın deyib.

O, bidirib ki, 2018-ci ildən əlil arabasına məhkum olub: "Bu yaşa kimi heç vaxt qrip belə olmamışdım. 15-13 yaşlarında 2 uşağım var. Mən texnikum bitirmişəm. Ailə qurana kimi evdə uşaq hazırlayırdım. Bir müddətdən sonra ailə qurdum. Ayrıldığıma və uşaqlar körpə olduğuna görə işləmədim. Bu günə kimi uşaqlarımın təhsili ilə yalnız mən məşğul olmuşam. Mənim əlil arabasına məhkum olmağıma səbəb keçmiş həyat yoldaşım tərəfindən bıçaqlanmağım oldu. 2013-cü ildə həyat yoldaşımdan boşanmışam. Alimenti ödəmədiyi üçün yeddi min manat borc yığılmışdı. Məndə qərara aldım ki, məhkəməyə müraciət edərək uşaqlarımın qəyyumluğunu alım. Çünki uşaqların bütün məsuliyyəti mənim üzərimdə idi. Ona görə də işdən evə qayıdan zaman həyat yoldaşım 18 bıçaq zərbəsi ilə məni yaraladı. Həkimlər mənə deyir ki, möcüzə nəticəsində sağ qalmışam. Həyat yoldaşımı sevib ailə qurmuşam. Oğlum Əli deyir ki, mən sənə görə yaxşı oxuyub pilot olacam. Səni bütün dünyanı gəzdirəcəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
596 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...