Qobustanda bir ailənin 5 üzvü siçan dərmanından zəhərlənib, ölən var

Qobustanda bir ailənin 5 üzvü siçan dərmanından zəhərlənib, ölən var

Qobustanda kütləvi zəhərlənən şəxslərdən biri vəfat edib. Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevanın APA-ya verdiyi məlumata görə, zəhərlənən şəxslərdən olan bir uşaq hazırda əməliyyatdadır: "Ata, ana və digər uşağın vəziyyəi stabildir. Nənə isə zəhərlənmədən yox, qanda olan dəyişiklikdən beyin qansızması keçirib və rəhmətə gedib".

Qeyd edək ki, ölən şəxs 1956-cı il təvəllüdlü Şıxəliyeva Gülminə Gülbaba qızıdır.

TƏBİB Qobustan rayonunda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevanın APA-ya verdiyi xəbərə görə, həmin şəxslərin analizləri laboratoriyaya təqdim edilib: "Həmin şəxslərin nədən zəhərləndikləri hələlik bilinmir. Analizlərin nəticələrini gözləyirik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
646 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...