DİN-in Müvəqqəti Saxlanma Yerlərində görüşlər məhdudlaşdırılıb

DİN-in Müvəqqəti Saxlanma Yerlərində görüşlər məhdudlaşdırılıb
Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində olan Müvəqqəti Saxlanma Yerlərində saxlanılan şəxslərlə görüşlərə, onlara sovqatların verilməsinə məhdudiyyət qoyulub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

O qeyd edib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə DİN-in Müvəqqəti Saxlanma yerlərində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir və bununla əlaqədar saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu məhdudlaşdırılıb.

E. Zahidov həmçinin əlavə edib ki, saxlanılan şəxslərin vəkilləri ilə görüşünə heç bir məhdudiyyət tətbiq edilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
644 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...