Təcridxanada Vilyam Hacıyevə xüsusi şərait yaradılıb? - RƏSMİ AÇIQLAMA
07 may 2020-ci il tarixdə sosial şəbəkə istifadəçisi Rüfət Səfərov öz facebook səhifəsində həbs edilmiş İmişli Rayon İcra Hakimiyyətinin sabiq baçşısı Vilyam Hacıyev üçün Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq təcridxanasında imtiyazlı saxlanma şəraitinin yaradılması, onun oğlu tərəfindən qanunazidd olaraq qadağan olunmuş əşyaların atasına ötürülməsi haqqında həqiqətə uyğun olmayan məlumat vermişdir. Onun bu yalnış məlumatı bəzi informasiya saytları tərəfindən dərc edilmişdir.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Unikal.org-a bildirib ki, məlumatda adı çəkilən şəxs Xidmətin tabe qurumlarında qeydiyyatdan keçmir, belə bir hal baş verməyib və bu məlumat tamamilə böhtan xarakterlidir:
"Qeyd olunmalıdır ki, Rüfət Səfərov son zamanlar Penitensiar xidmətin fəaliyyətinə kölgə salmaq məqsədilə reallıqdan tam uzaq və yalan məlumatlar dərc edir. Bu şəxs bilməlidir ki, bu cür yalan və böhtan xarakterli yazılara görə qanunvericilikdə xüsusi məsuliyyət nəzərdə tutulmuşdur".
742 dəfə oxundu