“İnterpol” xətti ilə axtarışa verilən azərbaycanlı Kanadada tutuldu

“İnterpol” xətti ilə axtarışa verilən azərbaycanlı Kanadada tutuldu
Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs saxlanılıb.

"Report"un xəbərinə görə, Azərbaycan vətəndaşı, 1988-ci il təvəllüdlü Möhsün Qasımov Kanadada bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.

M.Qasımov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmişdi.

Qeyd edək ki, daha əvvəl mətbuatda M.Qasımovun dələduzluq etdiyi barədə məlumatlar yayılıb. Belə ki, Bakı şəhər sakini Kanadada işləmək adı ilə M.Qasımov tərəfindən müxtəlif vaxtlarda 90 min manata yaxın pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
598 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...