Sərnişinləri qorxudan sərxoş stüardessanı işdən çıxardılar

Sərnişinləri qorxudan sərxoş stüardessanı işdən çıxardılar

Amerikanın "Air Wisconsin" aviakompaniyasının stüardessası "Çikaqo-Saut Bend" reysi zamanı sərxoş olub, sərnişinləri qorxutub və sonda işini itirib.

Rus mətbuatının yazdığına görə, 49 yaşlı Culianna Març sərnişinlərin təyyarəyə minməsinə icazə veriləndə artıq sərxoş imiş. Qadın insanlara əhəmiyyət verməyib, anlaşılmaz bir açıqlama verib və kreslosuna yıxılıb.

Uçuş müddəti ərzində o, sərnişinlərin xahişlərinə reaksiya göstərməyib. Təyyarə endikdən sonra onlardan biri hava gəmisinin komandirinə bu barədə məlumat verib. Həmin vaxt ekipaj artıq Culliananın vəziyyətindən xəbərdar idi. Ondan qan analizi götürülüb və nəticədə qadının alkoqol qəbul etdiyi sübuta yetrilib.

Aviaşirkət stüardessanı işdən çıxarıb və qadını məhkəməyə verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
603 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...