Bakıda 31 dərəcə isti olacaq
Azərbaycanda avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti, Bakıda gecə 20-22° isti, gündüz 29-31° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-50% olacaq.
Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu isə şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti təşkil edəcək.
653 dəfə oxundu