İranda evlənənlərin sayı azalıb - 9 faiz

İranda evlənənlərin sayı azalıb -

Son iki ildə İranda evlilik halları 9% azalıb.

Trend-in məlumatına görə, bunu İranın İctimai Məsələlər Təşkilatının sədri Təqi Rüstəmvəndi deyib.

T.Rüstəmvəndinin sözlərinə görə, 2015-ci ilədək İranda boşanma halları sürətlə artsa da, son 2-3 ildə bu tendensiya azalıb.

İran Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı Təşkilatının açıqladığı rəqəmlərə əsasən, son bir ildə İranda 549 mindən çox evlilik qeydə alınıb.

Qeyd edək ki, İranın əhalisi 83 milyon nəfərdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
650 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...