Tümendə qədim hunların məzarlığı tapıldı

Tümendə qədim hunların məzarlığı tapıldı

Tümen dövlət universitetinin bir qrup arxeoloqu arxeoloji qazıntılar zamanı hun türklərinə məxsus qədim qəbiristanlıq aşkar ediblər.

“RİA Novosti” xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

“Tarix elmləri doktoru, professor Natalya Petrovna Matveyevanın rəhbərliyi altında arxeoloqlardan ibarət qrup Ustyuq rayonu, Staro Lıbayevo kəndindəki qazıntılar zamanı hun türklərinin qədim qəbirstanlığını kəşf edib. Qazıntılar zamanı uzunsov kəllə sümüyü olan skelet qalıqları tapılıb”, - deyə, məlumatda bildirilir.

Alimlərin məlumatına əsasən, uzunsov başı olan şəxslər əsl lider sayılırdılar. Hunlar uşaq vaxtından gələcəkdə döyüşçü olacaq oğlan uşaqlarının başını sarıyırdılar.

Universitetdən bildiriblər ki, əldə edilən materiallar qədimdə köçəri hunların niyə ilk olaraq Avropada yox, Sibirdə məskunlaşması barədə suala cavab tapacaq.

Qeyd edilir ki, ekspedisiya 6 həftə davam edib və onun gedişində 40 nəfər tələbə iştirak edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
730 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...