Bu qidalar xərçəng riskini azaldır

Bu qidalar xərçəng riskini azaldır

Tərkibi flavonoidlərlə zəngin qidaları müntəzəm olaraq qəbul etmək xərçəng və ürək-damar sistemi xəstəlikləri riskini azaldır.

Bu barədə tədqiqatın nəticələri “Nature” jurnalında yayımlanıb.

Alimlərdən ibarət qrup 23 il ərzində Danimarkanın 56 min sakininin qida rasionunu incələyib.

Tədqiqat 52-60 yaşlı könüllülər arasında aparılmağa başlanılıb. Təcrübə ərzində 14 083 iştirakçı vəfat edib. Onlardan 4 065-i xərçəngdən, 5299 nəfəri isə ürək-damar sistemi xəstəliklərindən həyatını itirib.

Məlum olub ki, qida rasionunda daim sitrus, qarağat, alma, yaşıl çay və flavonoidlərlə zəngin ərzaq məhsullarına üstünlük verən iştirakçılar daha uzun müddət yaşayıblar və özlərini yaxşı hiss ediblər.

Maraqlıdır ki, bu tip qidalar daha çox siqaret çəkənlər və spirtli içki qəbul edənlər üçün maksimal müdafiə “qalxanı” yaradıb. Amma alimlər xəbərdarlıq edirlər ki, flavonoidlər tütün və spirtli içkinin orqanizmə vurduğu mənfi effekti sıfıra endirmir, sadəcə, yumşaldır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
620 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...