Dünyanın zəngin sahibkarlarının var-dövləti azalıb

Dünyanın zəngin sahibkarlarının var-dövləti azalıb
Avqustun 14-də dünyanın 10 ən zəngin sahibkarı 18 milyard dollaradək zərər görüb.

“Forbes” xəbər verir ki, bunun səbəbi ABŞ birjalarında fond indekslərinin ucuzlaşması olub. Belə ki, 10 illik xəzinə istiqrazları 2 illik istiqrazlardan daha az gəlir gətirib ki, bu da qarşıdan böyük böhranın gəldiyinə mötəbər dəlil hesab olunur.

“Forbes” reytinqinə başçılıq edən “Amazon” alış-veriş portalının təsisçisi və sahibi Ceff Bezos 3,5 milyard dollar itirərək ən böyük ziyana uğrayıb. “Facebook” sahibi Mark Zukerberqin varidatı 3,2 milyard dollar, LBMH dəbdəbəli mallar şirkətinin rəhbəri Bernar Arnonunkın isə 3 milyard dollar azalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...