Varan iti parçaladı, sahibini yaraladı

Varan iti parçaladı, sahibini yaraladı

Avstraliyanın Kvinslend ştatında varan iti öldürüb, yiyəsinə isə ciddi xəsarət yetirib.

Bu barədə "Daily Mail" nəşri yazır.

Bu kərtənkələ növü heyvana yiyəsinin Fleymtri yaşayış məntəqəsindəki evi qarşısında hücum çəkib. İtin 72 yaşlı yiyəsi yoldaşı ilə birlikdə köməyə gəldiyi zaman varan itdən əl çəkərək insanlara hücum edib. Qadını ayağından dişlədikdən sonra kişinin əl-ayağından yapışıb.

Sağ əlində sınıq ehtimalı və ayağında güclü qanaxma olan şəxs helikopterlə xəstəxanaya çatdırılıb. İt hadisə nəticəsində aldığı xəsarətlərdən ölüb.

Varanlar - Afrika, Avstraliya və Asiyada yaşayan vəhşi kərtənkələlərdir. Kvinslenddə uzunluğu 2,5 metrə çatan, arxa pəncələri üzərində 40 km sürətlə qaça bilən zəhərli nəhəng kərtənkələlərə rast gəlmək olar. Onlar quyruğunun bir zərbəsi ilə böyük adamı yıxa da bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
745 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...