Xarkov tank zavodu bağlana bilər

Xarkov tank zavodu bağlana bilər

Məşhur Xarkov tank zavodu ciddi problemlərlə üzləşib.

“Ukroboronprom” xəbər verir ki, Ukrayna Müdafiə nazirliyi zavoda 82 milyon qrivna (7 milyon manat) dəyərində cərimə tətbiq edib.

Tank zavodu BTR-4 zirehli maşınlarının yığılması barədə müqaviləni pozub. Nazirlik maşınları təhvil almaqdan imtina edib.

Müqavilənin pozulması zavodun bağlanmasına gətirib çıxara bilər. Qeyd ediliri ki, artıq mindən çox işçi ikigünlük iş rejiminə keçirilib.

Əgər müəssisə ləğv olunarsa, bu Ukrayna hərbi-sənaye kompleksi üçün böyük itki olacaq. Zavod bir çox zirehli texnikanı, o cümlədən məşhur sovet T-34 tanklarını istehsal edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
659 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...