Könül Xasıyeva haqqında yalan yazanlardan şikayət edəcək

Könül Xasıyeva haqqında yalan yazanlardan şikayət edəcək

Xalq artisti Könül Xasıyevanın yenidən əməliyyat olunacağı, daha dəqiqi, sentyabrda onu iki əməliyyatın gözlədiyi barədə məlumatlar yayılıb. Qeyd olunub ki, K.Xasıyeva həm öd kisəsini kəsdirəcək, həm də qadın xəstəliyindən əməliyyat olunacaq.

Oxu.Az-ın əməkdaşı sənərkarın səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb. K.Xasıyeva gedən xəbərlərə bu cür münasibət bildirib:

"Haqqımda çoxlu sayda yalan məlumat yayırlar, hətta mənim ölüm xəbərimə qədər. Bütün bu xəbərləri müvafiq qurumlara təqdim edəcəyəm. Qoy həmin saytlar haqqında ölçü götürülsün və cəzalandırılsınlar".

O ki qaldı cərrahiyyə əməliyyatına, xalq artisti bunu nə təsdiq etdi, nə də təkzib:

"Bu barədə məndən heç nə soruşmayın. Sağ olun".

Qeyd edək ki, Xalq artisti Könül Xasıyeva bir neçə aydır ata yurdu Şəkidə yaşayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
751 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...