"WhatsApp" da barmaq izinə keçir

"WhatsApp" da barmaq izinə keçir

"WhatsApp" messenceri fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində son dərəcə təkmilləşib.

Proqramın ilkin versiyasında yalnız yazılı mesajlar göndərmək mümkün idisə, hazırda onun vasitəsilə hətta qrup şəklində audio və video-zənglər etmək mümkündür.

Avqustun 18-də isə messencerin xidmətləri siyahısına çoxdan gözlənilən daha bir funksiya əlavə olunub.

Rəsmi mənbələrdən alınan məlumata əsasən, artıq "WhatsApp"ın "Android" üçün nəzərdə tutulan yeni 2.19.221 versiyası istifadəçilərin ixtiyarına verilib. Hazırda proqram sınaq versiyasındadır. Yekun versiyası çox güman ki, ən tezi sentyabrda işə salınacaq.

Söhbət xüsusi yeni "barmaq izi" funksiyasından gedir. Belə ki, bundan sonra bütün şəxsi məlumatlar yalnız adi parolla deyil, barmaq izləri ilə də qorunacaq. Bu funksiyanı aktivləşdirdikdə hər dəfə messenceri işə salmaq üçün barmaq izini skan etmək lazım olacaq. Beləliklə, yazışmaları kənar şəxslərin əlinə düşməkdən qorumaq daha rahat olacaq.

Bunun üçün sazlamalara daxil olaraq "Məxfilik" bölməsində "Barmaq izi"ni seçmək lazımdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
686 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...